ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



ABŞ Dağlıq Qarabağ adlı qurumu tanımır

Dövlət Departamenti Azərbaycanın etiraz notasına cavab verib

-28.01.2010-

Birləşmiş Ştatların Dövlət Departamenti Dağlıq Qarabağ ermənilərinə birbaşa maliyyə yardımı ayrılması ilə bağlı Azərbaycanın etiraz notasına rəsmi cavab verib.

ABŞ Konqresi 2010-cu il üzrə xarici maliyyə yardımı büdcəsində Dağlıq Qarabağ ermənilərinə ayrıca bənd üzrə birbaşa maliyyə yardımının ayrılması barədə qərar qəbul etdikdən sonra rəsmi Bakı ötən ilin dekabrında Vaşinqtona etiraz notası təqdim etmişdi.

XİN mətbuat katibi Elxan Poluxovun APA-ya verdiyi məlumata görə, nota Azərbaycanın ABŞ-dakı səfirliyinə yanvarın 26-da daxil olub.

Notada ABŞ administrasiyası tərəfindən Dağlıq Qarabağ adında qurumu tanımadığını bir daha bəyan edib.

Məktubda, eyni zamanda, bildirilir ki, ABŞ tərəfi Dağlıq Qarabağda keçirilən bütün proqramlarla bağlı Azərbaycan tərəfini açıq və şəffaf formada məlumatlandırmaq prinsipinə sadiq qalır.

 * * *

Bax həmçinin:

Sergey Lavrov və Hillari Klinton Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər

-28.01.2010-

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Londonda ABŞ dövlət katibi Hillari Klintonla görüşüb.

APA-nın Rusiya saytlarına istinadən yaydığı xəbərə görə, S. Lavrov Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşü haqqında həmkarına məlumat verib.

S. Lavrov Rusiyanın ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu xatırladaraq deyib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə edilib:

“Biz Soçi görüşünün nəticələri ilə bağlı fikir mübadiləsi apardıq. Bu, sadə məsələ deyil, amma onun həllini tapmaq üçün bütün tərəflərin istəyi var”.

Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009