ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Başkəndin erməni qüvvələrindən azad edilməsinin 17-ci ildönümü qeyd olunacaq

Bu, Azərbaycan Ordusunun o vaxt həyata keçirdiyi ən uğurlu əməliyyatlarından biri idi
 

-07.08.2009-

Avqustun 9-da Azərbaycanın tarixi torpaqlarından bir hissəsi olan Başkəndin ermənilərdən azad edilməsinin 17-ci ildönümü qeyd olunacaq. Bu barədə tədbirin təşkilatçısı olan “Gədəbəy” ictimai birliyinin rəhbərlərindən biri, Tovuz-Gədəbəy seçki dairəsindən millər vəkili Nazim Məmmədov məlumat verib.

Başkənd vaxtilə Azərbaycan ərazisisində anklav formada yerləşən və Ermənistanın xəritəsinə daxil edilən iri yaşayış məntəqəsi olub. Qarabağda hərbi əməliyyatların başlamasından sonra Ermənistan ordusu həmin anklavdan Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi və orada özünün çoxsaylı hərbi qüvvələrini yerləşdirmişdi.

1992-ci ilin yayında Ermənistan ordusu Şınıx bölgəsinin kəndlərinə Başkənd də daxil olmaqla bir neçə istiqamətdən hücumlar həyata keçirib, bu hücumların birində erməni ordusunun bölmələri Şınıxın bir neçə kəndini tutmaqla Başkəndin anklav vəziyyətindən çıxarılaraq Ermənistanla birləşdirilməsi planını həyata keçirməyə çalışıb.

Lakin bir neçə gün  sonra Azərbaycan Milli Ordusunun hissələrinin, xüsusən yerli və Tovuz rayonundan olan könüllülərin keçirdiyi uğurlu hücum əməliyyatı nətəcəsində Başkənd işğalçılardan azad edilib. Bu, Azərbaycan ordusunun o vaxt həyata keçirdiyi ən uğurlu hücum əməliyyatlarından biri kimi yadda qalıb.

Deputat Nazim Məmmədov bildirib ki, “Gədəbəy” ictimai birliyinin “Şınıx” xeyriyyə cəmiyyəti ilə birlikdə təşkil etdiyi bu tədbir Başkənd yaxınlığındakı Saratovka kəndində başlayacaq( 1992-ci ildə Azərbaycan ordusunun bölmələri Başkənd üzərinə 3 istiqamətdən, o cümlədən Saratovkadan eyni vaxtda hücum edib). Orada Heydər Əliyev adına parkda Başkəndin azad edilməsi əməliyyatında iştirak etmiş keçmiş döyüşçülərin, habelə rayon ziyalılarının və ictimaiyyət nümayəndələrinin toplanması nəzərdə tutulur.

“Biz bu tədbirə Tovuz, Ağstafa, Qazax, Şəmkir rayonundan Başkəndin azad edilməsində iştirakı olanları da dəvət etmişik. Şınıx bölgəsindən vaxtilə həmin döyüşlərdə iştirak etmiş döyüşçüləri tədbirdə gözləyirik. Başkəndin azad edilməsi Azərbaycan ordusunun Ermənistanın təcavüzünə qarşı layiqli cavablarından biridir, istədik ki, bu tarixi qeyd etməklə Qarabağda başlayan müharibədə ancaq itkilər vermədiyimizi, tarixi torpaqlarımızın kiçik bir hissəsini də olsa azad etdiyimizi göstərək”, - deyə o əlavə edib.

N.Məmmədov bildirib ki, Saratovkada başlayan tədbiri daha sonra Başkənd istiqamətində yerləşən döyüş mövqelərində əsgərlərlə davam etdirmək, ardınca Şınıxda keçirmək nəzərdə tutulur. Onun sözlərinə görə, tədbirdə məqsəd həm də Şınıx bölgəsinin və Gədəbəy rayonunun Ermənistanla cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrinin problemlərinə diqqəti cəlb etməkdir. Hazırda Şınıx bölgəsində ağır sosial-iqtisadi problemlər hökm sürür, Saratovkadan Şınıxa aparan yol bərbad gündədir, yanacaq problemi hökm sürür, əhali təbii qazdan istifadə etmək imkanından məhrumdur.

Deputat deyib ki, cəbhə bölgəsində belə problemlər mövcud olmalı deyil: “Biz fürsətdən istifadə edərək həm yerli hakimiyyət orqanlarını, həm də mərkəzi orqanları bu problemlərin həllinə diqqət göstərməyə çağırırıq. İnanırıq ki, ölkəmizin hər yerində sürətli iqtisadi inkişafın getdiyi, yeni yolların, qaz kəmərlərinin çəkildiyi, infrastruktur obyektlərinin tikildiyi bir vaxtda vaxtilə erməni təcavüzkarlarına qarşı qəhrəmanlıqla davam gətirmiş Şınıx bölgəsinin problemlərinə də diqqət göstəriləcək”.

“Yeni Müsavat”

 

Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009