ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



“Mart 1918. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə” kitabının təqdimatı keçirilib

Zəngin arxiv sənədləri əsasında tərtib edilən kitabın dünya ölkələrinə çatdırılması istiqamətində işlər aparılır

Aprelin 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Solmaz Rüstəmova – Tohidinin Milli Təhlükəsizlik Nazirliyinin maliyyə dəstəyi ilə çap etdirdiyi “Mart 1918. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə” kitabının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva bildirib ki, 1918-ci ilin martından sentyabrınadək erməni daşnakları Bakıda və Azərbaycanın müxtəlif rayonlarında soyqırımı həyata keçiriblər. Bu hadisələrlə bağlı Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyası yaratdığını deyən G. Baxşəliyeva bildirib ki, il yarım ərzində sözügedən komissiya külli miqdarda sənəd toplayıb: “Bu kitabda həmin sənədlərin yalnız bir qismi - Bakıda törədilən qırğınlar öz əksini tapıb. Təkcə Bakıda ermənilər 12 mindən çox dinc sakini qətlə yetirmişdilər, Bakı tamam talan olunmuşdu”. İnstitut direktorunun sözlərinə görə, rus dilində çap olunan kitabın ingilis və digər dillərə də tərcümə edilərək dünya ölkələrinə çatdırılması lazımdır.

Kitabın müəllifi S. Rüstəmova -Tohidi isə bildirib ki, kitabda Bakının 1913-cü il xəritəsi və soyqırımın törədildiyi ərazilər, məhəllələr dəqiq göstərilib. Hazırda Xarici İşlər və Milli Təhlükəsizlik Nazirlikləri vasitəsilə kitabın dünya ölkələrinə çatdırılması istiqamətində işlər aparılır.

APA, 22.04.2009.

 

Mövzuya dair:

          Mart soyqırımı real faktlarda

XX əsr Azərbaycan tarixi ilə bağlı ciddi araşdırmalar aparılsa da, tədqiqə ehtiyacı olan mövzular hələ yetərincədir. Digər problem ondadır ki, getdikcə yeni informasiya texnologiyasının yaranması və inkişafı faktları yalnız araşdırmağın deyil, eyni zamanda çatdırmağın da yeni metodologiyasını tələb edir. Bu baxımdan tanınmış alim, tarix elmləri doktoru Solmaz Rüstəmova - Tohidinin yenicə çapdan çıxmış "Mart 1918-ci il. Bakı (Azərbaycanlıların soyqırımı sənədlərdə)" kitabı olduqca dəyərli və əhəmiyyətlidir.

Qeyd edək ki, Mart hadisələri ilə bağlı real faktlar uzun illər boyu Sovetlər Birliyi dönəmində xalqdan gizlədilib, tədqiqatlardan kənarda qalıb. Sovet mənbələrində isə bu soyqırım əsasən "sinfi zəmində baş verən" hadisə kimi qiymətləndirilib.

1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra Mart hadisələri ilə müəyyən tədqiqat kitablarında reallığa uyğun yanaşmalar və faktların açıqlanması cəhdləri görünməyə başladı. Bu əlbəttə, təqdir ediləsi bir hal idi. Lakin baş vermiş hadisənin şahidlərinin ifadələrinin toplanılıb, sistemləşdirilib nəşr edilməsinə hələ ciddi ehtiyac vardı.

Mart hadisələri ilə bağlı fikir söyləyərkən, tədqiqat apararkən, şübhəsiz ki, iki məqama diqqət yetirilməlidir. Birincisi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan Fövqəladə İstintaq Komissiyası və başda Ə. Xasməmmədov olmaqla bu qurumun fəliyyəti; ikincisi mühacirətdə yaşamış siyasi xadimlərimizin Türkiyədə və Avropa ölkələrində nəşr etdirdikləri mətbuat orqanlarının və kitabların əhəmiyyətliliyi.

Mart soyqırımları ilə bağlı Solmaz Tohidinin tərtibatçılığı ilə nəşr edilən bu kitabın bir neçə başlıca xüsusiyyətlərini xüsusi olaraq qeyd edirik. Birincisi odur ki, bu kitab ensiklopedik xarakter daşıyır və burda dövrün başlıca xüsusiyyətləri öz əksini tapıb. Yəni burada şahid ifadələrinin təsirliliyi ilə yanaşı, faktların obyektiv təqdimatı ilə birgə, həm də şəxs adlarının, yer adlarının, təşkilat və qurum adlarının da izahatı verilib. Əslində belə tarixi kitablarda bu göstəricilərin olması əsərin təsir gücünü daha da artırır və oxunaqlı edir. Burada qeyd olunmalıdır ki, Mart hadisələrini əks etdirən o dövrün Bakı şəhəri xəritəsinin tərtibi və kitabda verilməsi vacib və aktualdır. Bu xəritə təqdim edilən faktların inandırıcılığını artırır və təsirli edir.

Kitabın ikinci başlıca xüsusiyyəti isə rus dilində nəşr edilməsidir. Bu çox vacibdir və ermənilərin hər dövrdə dayağı olmuş rus ictimai-siyasi mühitinə Mart soyqırımının çatdırılmasında əhəmiyyətli vasitədir.

Bir haşiyə olaraq qeyd edək ki, belə kitabların nəşri və yayılması hüdudları yalnız Azərbaycanla məhdudlaşmamalıdır. Rusiyanın, Avropa ölkələrinin, ABŞ-ın oxu auditoriyalarına çatdırılmalıdır. İnternetin imkanlarından istifadə edib bu faktları dünya ictimaiyyətinə necə çatdırmaq üsulları haqqında düşünməliyik.

Nəşr edilən kitabın bir başlıca xüsusiyyəti də şahid ifadələrinin təsnifatının aparılmasıdır. Təbii ki, tərtibatçının özünün yazdığı giriş sözü tarixi bir tədqiqat materialıdır. Təqribən 64 səhifəni əhatə edən bu ciddi araşdırma S. Tohidinin mövcud problemi və mövcud dövrü, baş verən hadisəni elmi əsasları ilə bildiyini göstərir. Müəllifin bu giriş məqaləsi ayrıca bir kitab olaraq da çap edilə bilər və əhəmiyyətini itirməz.

Sonra kitabda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Fövqəladə İstintaq Komissiyasının təşkili ilə bağlı qərarı ayrıca olaraq təqdim edilir. Bu həm də ona görə vacibdir ki, o dövrdə qurulmuş ilk demokratik dövlətimizin millət üçün, xalq üçün necə əhəmiyyətli olduğu sübut edilsin. Hələ Bakı alınmamış, Cümhuriyyət möhkəm dayaqlara söykənməmiş, Xalqın Cümhuriyyəti olduğunu göstərirdi. Və bildirirdi ki, o ölkənin vətəndaşlarının təhlükəsizliyini və hüquqlarını qoruyacaq.

Kitabdakı sonrakı bölmələr belə qruplaşdırılıb: 1) I bölüm - azərbaycanlı sakinlərin ifadələri; 2) II bölüm - azərbaycanlı qadınların ifadələri; 3) III bölüm - müxtəlif millətlərdən və xarici vətəndaşları olan bakılıların ifadələri; 4) IV bölüm - dəyən zərərlərlə bağlı milli, sənaye, sosial, ticarət və b. obyektlər) ifadələr; 5) V bölüm - Bakı şəhər və Bakı kəndləri sakinlərinin ifadələri (mart - sentyabr 1918-ci il); 6) VI bölüm - məhkəmə istintaq materialları.

S. Tohidi 864 səhifəlik tarixi kitabı özünün yazdığı çox dəyərli sözlərlə başlayır: "1918-ci il. XX əsr Azərbaycan tarixində bu il, baş verən hadisələrin sürətli axarına görə ən əhəmiyyətlisidir: həm fərqlənməsinə, həm də faciəvi olduğuna görə. Və bunlardan hər biri Azərbaycan xalqı üçün taleyüklü ola bilərdi. Bu hadisələrin ən yüksəyi, sözsüz ki, 1918-ci ilin 28 May tarixidir - Azərbaycanın dövlət müstəqilliyinin elan edildiyi gündür. Sonrakı əhəmiyyətli tarixi hadisələr - 1918-ci ilin 15 sentyabrında Bakının Türk-Azərbaycan birgə qüvvələri tərəfindən azad edilməsi və Azərbaycan hökumətinin Bakıya daxil olması, 1918-ci ilin 7 dekabrında Azərbaycan Parlamentinin yaradılması və nəhayət Azərbaycanın qanuni hakimiyyətinin 1918-ci ilin 28 dekabrında Müttəfiq Qüvvələrin Zaqafqaziyadakı komandanlığı və İngiltərə hökuməti tərəfindən tanınması bütün Şərqdə ilk demokratik quruluşun və azərbaycanlıların ilk milli dövlətinin - Azərbaycan Demokratik Respublikasının əsasını qoydu.
1918-ci ilin bu vacib hadisələri ilə yanaşı, bundan əhəmiyyətsiz olmayan qanlı olaylar da baş verirdi ki, bu da bütövlükdə Azərbaycan xalqının hətta varlığını şübhə altına alan ümumi faciəyə çevrilirdi".

Əslində bu yanaşma doğrudur və dövrün hadisələrinə obyektiv baxışdır. Bir millətin qanlı Mart hadisələrindən sonra ayağa qalxıb, yenidən güc toplayıb Milli İstiqlala sahib olması həqiqətən böyük qazancdır!

Mart hadisələrini azərbaycanlı mühacirlər belə adlandırırdılar: "Vətəni bir qətliam!" İlk demokratik Azərbaycan dövlətinin banisi Məhəmməd Əmin Rəsulzadə bu qətliamı ilk dəfə olaraq Azərbaycan sərhədlərindən kənarda yayıb təbliğ etdiyi, 1923-cü ildə Türkiyədə nəşr olunan Azərbaycan Cümhuriyyəti (Şimdiki vəziyyəti və keyfiyyəti-təşəkkülü)" kitabında belə təsvir edirdi: "Bu hadisə ilə bolşeviklər bir çox vilayətlərdə yapdıqları qanlı əməliyyatı Bakıda da tətbiq edirdilər. Əmələ və füqəra hakimiyyəti naminə "Müsavat firqəsi milli-müsəlman şurasına elani-hərb edən "Bakı Soveti" erməni olayları ilə biliştirak 10 000 qərib müsəlmanı qətl etdi".

Mart hadisələri ilə bağlı nəşr edilən bu kitab ermənilərin XX əsrdə törətdikləri soyqırım haqqında cinayət işinin başlanması ciddi bir mənbədir. Düşünürük ki, bu kitab sadəcə bir oxu vəsaitinə dönməyəcək, həm də hüquqşünasların istinad edəcəyi əsaslı mənbə olacaq.

Təqdiredici bir cəhət odur ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi bu kitabın nəşrinə böyük dəstək olub. Milli təhlükəsizlik naziri E. Mahmudovun kitabın məsləhətçisi və həmin nazirliyin əməkdaşı, həm də dəyərli tədqiqatçı olan tarix elmləri namizədi Məmməd Cəfərlinin elmi redaktor olması bu kitabın ciddi nəşr olduğunu bir daha sübut edir.

Nəsiman Yaqublu, tarix elmləri namizədi,
“525-ci qəzet”, 22.04.2009.

 

Baku

World time




Xəbərlər

Azerbaycanli.org yeni dizaynda görüşünüzə gəlir [2014-04-11]


ətraflı

Xalqların öz müqəddəratını təyinetmə prinsipi işğalçılara şamil edilmir [2014-04-11]

ətraflı

Əlaqələrimizə zərər vuracaq hər hansı addıma imkan verməyəcəyik [2014-04-05]

Türkiyə baş naziri növbəti seçkidə qələbədən sonra ilk səfərini Azərbaycana edib


ətraflı

Türkiyədə hakim partiyanın növbəti zəfəri [2014-03-31]

Bələdiyyə seçkilərində qələbədən sonra baş nazir Ərdoğan prezidentlik yarışına hazırlaşa bilər


ətraflı

AŞPA komitəsində miqrasiya və qaçqınlar problemi müzakirə edilib [2014-03-16]

Deputat Rövşən Rzayevin azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı təklifi qəbul olunub


ətraflı

Reyqanın gündəliyindəki Qarabağ qeydləri [2014-03-08]

ABŞ rəsmi dairələri Qarabağ münaqişəsindən nə vaxt və necə xəbər tutub? Araşdırma


ətraflı

İsraildə bir il davam etmiş “Xocalıya ədalət” sərgisinə yekun vurulub [2014-03-03]

10 şəhərdə nümayiş olunan sərginin “Rəy kitabı” Milli Məclisin deputatı Fuad Muradova təqdim edilib


ətraflı

“Dünya Xocalıda nə baş verdiyi barədə düşünməlidir” [2014-02-27]

ətraflı

“O torpaqlarda onlar bizimlə birgə yaşayacaqlar” [2014-02-26]

Millət vəkili Dağlıq Qarabağın erməni icması ilə dialoq haqqında” - VİDEO


ətraflı

Xocalı həqiqətləri dünyanın gözündə [2014-02-24]

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009