ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Latviya Dağlıq Qarabağ münaqiçəsinin həlli məsələsində Azərbaycanın mövqeyini daim dəstəkləyir

İki ölkə arasında siyasi-iqtisadi əlaqələrin, beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub


Aprelin 16-17-də Latviyanın xarici işlər naziri Maris Riekstinş Bakıda səfərdə olub. Aprelin 16-da Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov latviyalı həmkarı ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Latviya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirən M.Riekstinş iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu vurğulamışdır. Nazir bu məqsədlə aprelin 17-də Bakıda keçiriləcək biznes foruma Latviyanın informasiya texnologiyaları, ərzaq istehsalı, tikinti, nəqliyyat və biznesin digər sektorlarından 50-dək iş adamının qatılacağını söyləmişdir.

Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” layihəsinin Avropa məkanına inteqrasiya prosesinin vacib məsələlərindən biri olduğunu vurğulayan latviyalı nazir bu proqramda iştiraka dəvət olunan ölkələrin öz təşəbbüsü və maraqlarından asılı olaraq müxtəlif sahələrdə həm regional, həm də ikitərəfli əməkdaşlıq üçün imkanlardan istifadə edə biləcəyini bildirmişdir.

Nazir E.Məmmədyarov ölkələrimiz arasında mövcud əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirmiş, bütün sahələrdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır. Latviyalı həmkarının Azərbaycana səfərinin əhəmiyyətini qeyd edən E.Məmmədyarov ölkələrimiz arasında həm ikitərəfli səviyyədə, həm də Avropa Birliyi çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğunu demişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi barədə qonağa məlumat verən E.Məmmədyarov Latviyanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini yüksək qiymətləndirmişdir. Nazir M.Riekstinş hər bir dövlət üçün ərazi bütövlüyünün müstəsna əhəmiyyət kəsb etdiyini bildirərək, Latviyanın bu məsələdə Azərbaycanın mövqeyini dəstəklədiyini vurğulamışdır.

Bundan əlavə, görüşdə Azərbaycan ilə Latviya xarici işlər nazirlikləri arasında diplomatlar üçün təcrübə mübadiləsi imkanları, parlamentlərarası əlaqələrin intensivləşdirilməsi və maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.

Görüşdən sonra birgə mətbuat konfransı keçirən nazirlər müzakirə olunan məsələlər haqqında məlumat vermişlər. Nazir E.Məmmədyarov bildirmişdir ki, görüşdə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə edilmiş, BMT və digər beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi barədə də fikir mübadiləsi aparılmışdır. E.Məmmədyarov demişdir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə də toxunulmuş, məsələnin yalnız Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həllinin mümkünlüyü vurğulanmışdır.

Söhbət zamanı Latviya prezidenti Valdis Zatlersin cari ilin yayında Azərbaycana planlaşdırılan səfəri ilə bağlı məsələlər də müzakirə olunmuşdur. Nazir M.Riekstinş Latviya üçün Azərbaycan ilə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayaraq bildirmişdir ki, səfərinin əsas məqsədi iki ölkə arasında dialoqun davam etdirilməsi və möhkəmləndirilməsidir.
AzərTAc, 16.04.2009.

Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009