ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Saytımıza xoş gəldiniz!

►Bizim təqvim

Tarixdə bu gün: 6 fevral

“Bizim təqvim” rubrikası altında təqdim edilən “Tarixdə bu gün” bölməsi elektron xronoqraf formatında tərtib olunub. Bölmədə Azərbaycan tarixinə dair yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr edib. Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 6 fevral hansı fakt və olaylarla yadda qalıb? >>>  

►Siyasət

"Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz" 

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev fevralın 3-də 48-ci Münxen Təhlükəsizlik Konfransının əsas tədbirlərindən olan “Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri” mövzusunda müzakirələrdə iştirak etmişdir.  AzərTAc-ın məlumatına görə, tədbirin aparıcısı İsveç Krallığının xarici işlər naziri Karl Bildt Azərbaycan Prezidenti İlham Əliyevə və digər qonaqlara bu konfransda iştirak etdiklərinə görə minnətdarlığını bildirdi.

Aparıcı Karl Bildt Prezident İlham Əliyevi müzakirələrin əsas məruzəçisi kimi təqdim edərək dedi:

- Çıxış etmək üçün möhtərəm iştirakçılarımız vardır. Burada Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, Almaniya sığorta şirkəti «Allianz» SE-nin icraçı direktoru  Maykl Dikman, “Qreenpeace” Beynəlxalq təşkilatının icraçı direktoru Kumi Naidu, Ukrayna Prezidenti Viktor Yanukoviç də tədbirdə iştirak edirlər. Qısa təqdimatdan sonra aparıcı söze Azərbaycan Prezidenti İlham Əliyevə verdi. >>>

►Gündəm

Fransanın “erməni qanunu”na etirazlar davam edir

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Fransa Senatında 2012-ci il yanvarın 23-də “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsi ilə bağlı bəyanat yaymışdır.

Bəyanatda deyilir: “Fransa Senatının demokratiya, insan hüquqları, söz və ifadə azadlığı prinsipləri ilə ziddiyyət təşkil edən birtərəfli addımları bu ölkənin bəzi regional proseslərdə iştirakına ciddi xələl gətirə və bir sıra xoşagəlməz nəticələrə səbəb ola bilər. XX əsrin sonunda Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın azərbaycanlının hüquqlarının pozulmasını və Azərbaycanın 20 faiz torpaqlarının işğalını görməzdən gələn Fransa parlamentarilərinin bu qərarı siyasi məqsədlərinə yönəltməsi, ümumiyyətlə, Fransanın obyektivliyini şübhə altına alır”.

Tanınmış yazıçı-dramaturq, kinossenarist, ictimai xadim Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina edib. O, yanvarın 25-də bəyanatla çıxış edib. >>>

►Gündəm

Soçidə qaz və Qarabağ müzakirə olundu

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq

Yanvarın 23-də Rusiyanın Soçi şəhərində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedev arasında görüş olub. Görüşdən sonra  prezidentlər İlham Əliyevin və Dmitri Medvedevin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın “Qazprom-eksport” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alğı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə saziş imzalanmışdır. Sənədə əsasən, 2012-ci ildə Azərbaycandan Rusiyaya satılan qazın həcmi 2 dəfə artırılaraq 3 mlrd. kubmetrə çatdırılacaq.

Yanvarın 23-də Soçidə, “Grand Polyana” mehmanxanasının “Qəbullar evi”ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın birgə görüşü olmuşdur. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə edildi. Görüşün yekunlarına dair Birgə Bəyanat qəbul olundu. >>>

►Konflikt

Avropa Məhkəməsində Qarabağ davası

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb

Yanvarın 9-da Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasında “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin iddiası ilə bağlı məhkəmənin ilkin qərarı açıqlanıb.

APA-nın xəbərinə görə, Böyük Palata bu şikayəti qəbuledilən hesab edərək, işi məhkəmənin icraatına götürüb. Məhkəmə bundan sonra bu iş haqda qərarını verməlidir.

Qeyd edək ki, Ermənistanı Avropa Məhkəməsinə verən Laçından olan məcburi köçkünlərin iddiasına 2010-cu ilin sentyabrın 15-də Strasburqda keçirilmiş məhkəmə prosesində baxılıb. Laçın rayonundan olan 6 məcburi köçkün olan iddiaçılar Fəxrəddin Paşayev, Ramiz Cəbrayılov, Sağatel Cəbrayılov, Akif Həsənov, Adışirin Çıraqov və Elxan Çıraqov işğalçı Ermənistan tərəfindən onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb ediblər. >>>

►Dünya

BMT Təhlükəsizlik Şurasına üzvlük Azərbaycana nə verəcək?

Ölkəmiz qarşıdakı iki ildə Qarabağ məsələsini daha fəal şəkildə dünyanın diqqətinə gətirə bilər

Xəbər verildiyi kimi, oktyabrın 25-də BMT Baş Assambleyasında təşkilatın ali siyasi orqanına - Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlərin seçkisi üzrə səsvermədə böyük uğur qazanaraq tarixində ilk dəfə dünyanın ən mötəbər siyasi formatında təmsil hüqüqu qazanıb. Ölkəmiz Şərqi Avropa qrupundan BMT TŞ-nin qeyri-daimi üzvü seçilib. Bu qrupdan (1 yer) Azərbaycanla yanaşı, Sloveniya və Macarıstan da namizədliyini irəli sürmüşdü. 

Oktyabrın 21-də - seçkilərin ilk günü Macarıstan ilk turda az sayda səs toplayaraq mübarizəni davam etdirə bilməyib. Növbəti raundlarda Azərbaycan hər dəfə Sloveniyanı üstələsə də, zəruri olan 128 ölkənin dəstəyini qazana bilməmişdi. Bundan sonra Sloveniya da namizədliyini geri götürməli olub və Azərbaycan son səsvermədə BMT üzvü olan 192 ölkədən 155-nin səsini toplayaraq iki illiyinə BMT TŞ-nin qeyri-daimi üzvü seçilib. >>>

►Layihə

“Qarabağ ədəbiyyatı”: ensiklopedik xronoqraf

Layihə QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilib

Hər bir xalqın yaşadığı torpaqdakı tarixinin qədimliyini sübut edən başlıca meyarlardan biri onun yaratdığı mədəni irsdir. Azərbaycan xalqının qədim və zəngin mədəniyyəti var. Bu zənginliyin mühüm bir qolu Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda xalqımızın əsrlər boyu yaratdığı mədəni sərvət, söz, sənət nümunələridir. Milli mədəniyyətimizin beşiyi olan Qarabağda Azərbaycan ədəbiyyatının da zəngin tarixi var.

Qarabağdakı Azərbaycan tarixini saxtalaşdırmağa çalışan ermənilər işğal etdikləri ərazilərdə maddi mədəniyyət abidələrimizi məhv ediblər. Bu torpağın yetirdiyi mədəniyyət xadimlərinin, ədiblərin əsərləri isə yaşamaqdadır. Ermənilərin bu əsərləri qəsb etməsi mümkün deyil.

Odur ki, Qarabağla bağlı ədəbi irsimizin tədqiq və təbliği, dünyaya çatdırılması xüsusi əhəmiyyət kəsb edir. “Effektiv Təşəbbüslər Mərkəzi” ictimai birliyi tərəfindən həyata keçirilən “Qarabağ ədəbiyyatı” layihəsi də bu məqsədə xidmət edir. >>> 

►Qərbi Azərbaycan

İtirdiyimiz tarixi yurdlar: Zəngəzur

Bu gün Ermənistan Respublikasının ərazisində qalan Zəngəzur tarixi Azərbaycan torpağıdır. XVIII əsrdə Zəngəzur mahalının ərazisinin böyük hissəsi Qarabağ xanlığının, bir hissəsi isə Naxçıvan və İrəvan xanlığının tərkibində olub. 

Zəngəzur mahalı Çar Rusiyası dövründə Gəncə (Yelizavetpol) quberniyasının tərkibində olub. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 azərbaycanlı (türk) kəndi, 91 kürd kəndi və 81 erməni kəndi var idi.

Zəngəzur mahalının tarixi ərazisi qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları ilə əhatələnmiş geniş bölgə olub. Zəngəzur mahalı bir neçə bölgədən ibarət olub: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, Zəngilan, Qubadlı, Laçın. 

1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olub. Həmin dövrdə Zəngəzur qəzası Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ general-qubernatorluğuna daxil idi... >>>

►Qarabağ

Sülh prosesi: sonu görünməyən sürəc

1994-cü ildən bu yana Azərbaycan və Ermənistan rəhbərləri arasında 50-dən çox gorüş keçirilib

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi (ATƏM) çərçivəsində başlamışdır.

ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 24 mart 1992-ci il tarixli əlavə iclasında Minskdə ATƏM-in himayəsi altında münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair konfrans çağırılması qərara alındı.

Ümumiyyətlə, münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının 822 (30 aprel 1993-cü il), 853 (29 iyul 1993-cü il), 874 (14 oktyabr 1993-cü il) və 884 (11 noyabr 1993-cü il) saylı qətnamələrinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənədləri və qərarlarına əsaslanır. >>>

►Azərbaycan dünyada

Xarici siyasət: təsir edən amillər və prioritetlər

Azərbaycan Respublikasının xarici siyasət prioritetləri aşağıdakılardır:

Azərbaycanın ərazi bütövlüyünün bərpası – Dağlıq Qarabağ münaqişəsinin nizamlanması xarici siyasətin bir nömrəli prioriteti hesab olunur.

Beynəlxalq sülh və sabitliyin təşviqi – Azərbaycan beynəlxalq terrorizm və kütləvi qırğın silahlarının yayılmasına qarşı fəal beynəlxalq əməkdaşlığa cəlb olunub.

Səmərəli çoxtərəfli beynəlxalq münasibətlər sisteminin təşviqi – Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində BMT-nin rolunun vacibliyini qəbul edir.

Qarşılıqlı faydalı ikitərəfli əlaqələrin inkişafı – Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşuları ilə qarşılıqlı faydalı dostluq münasibətləri qurub.

Avropa və Avratlantik strukturlara inteqrasiya – Azərbaycan Avropa və Avratlantik birliyin dəyərlərini bölüşür, Avropada təhlükəsizlik və sabitliyə töhfə verir.

Davamlı inkişaf və Avropanın enerji-nəqliyyat dəhlizinin genişləndirilməsi - Azərbaycanın enerji istehsalçısı və vacib tranzit ölkəsi kimi regionda və beynəlxalq arenada imkanları getdikcə artır. >>> 

 

►Tolerantlıq

Azərbaycanda alman məskəni: Helenendorf-Göygöl

Göygöl (keçmiş Helenendorf) şəhərində keçirilən yubiley tədbirində Almaniyadan böyük nümayəndə heyəti iştirak edib

Azərbaycanda alman icmasının ilk yaşayış məskəni olmuş Helenendorf – indiki Göygöl – şəhərinin 190 illiyi münasibətilə bayram tədbiri -   “Şəhər günü” keçirilmişdir. 1819-cu ildə Vürttemberq Krallığından Azərbaycana gəlmiş alman icması Gəncə yaxınlığında ilk koloniyanın – Helenendorf qəsəbəsinin əsasını qoymuşdur. 

Helenendorf 1916-cı ildə Heleneno (Yeleneno), 1938-ci ildə isə Xanlar adlandırılıb və eyniadlı rayonun mərkəzi olub. 2008-ci ildə Milli Məclisin qərarı ilə şəhərə Göygöl adı verilib.

Göygöl (Helenendorf) şəhərinin yaranmasının ildönümü ilə bağlı “Şəhər günü” tədbirləri 2005-ci ildən bu bölgədən millət vəkili, Effektiv Təşəbbüslər Mərkəzinin həmtəsisçisi Rövşən Rzayevin təşəbbüsü ilə qeyd olunur>>> 

►Milli-mədəni irs

Azərbaycançılıq - bizi birləşdirən dəyər

Azərbaycançılıq vahid və bölünməz vətən, birlik və həmrəylik, dünyanı tanımaq və dünyaya öz milli «mən»inlə tanınmaq deməkdir

XX əsrin əvvəlində bir müsəlman dövləti olaraq dünyaya ilk demokratik respublikanı vermiş Azərbaycan və azərbaycanlılar üçün bu gün «biz dünyada haradayıq» sualına cavab axtarmaq vacibdir.

Bu baxımdan Azərbaycanın hazırkı dünyadakı yeri, nüfuz çevrəsi barədə söz edərkən dünyanın bizi, bizim isə dünyanı necə, hansı dəyərlərlə tanıyıb qəbul etməyimiz üzərində düşünmək lazımdır. Bu gün qlobal inteqrasiya dünyanın dörd yanını bir-birinə bağlayır, dünyanın o tayında baş verən olaylar (mənfi və ya müsbət) bu tayda əks-səda və fəsad doğurur.

Belə bir vəziyyətdə Azərbaycanın qarşısında duran mühüm məqsədlərdən biri Azərbaycan xalqının milli «Mən»ini, milli zənginliyini dünyaya layiqincə təqdim etmək, milli-mənəvi dəyərlərimizin mütərəqqi dünya dəyərlərilə üzvi sintezinə nail olmaqdır. >>>

►Diaspora

Virtual dünya və diaspora quruculuğu

Dünya azərbaycanlılarını birləşdirmək yolunda mühüm addımlardan biri Virtual Azərbaycanın yaradılmasıdır. 50 milyon azərbaycanlını konkret məkan və zaman hüdudlarında bir araya gətirmək real deyil. Milli birlik və həmrəyliyin təmini baxımından vacib olan intensiv təmasların yaradılması məhz virtual informasiya məkanı vasitəsilə gerçəkləşə bilər.

Virtual Azərbaycanın formalaşdırılması üçün bir sıra mühüm əhəmiyyət kəsb edən layihələr və tədbirlər həyata keçirilməlidir. Hazırda dünya azərbaycanlılarının milli birliyi və mütəşəkkilliyi qarşısında ən ciddi problem onların nəinki bir-biriləri, hətta Azərbaycan haqqında yetərincə dolğun informasiya resurslarının olmamasıdır.

Mövcud problemin həlli baxımından dünya azərbaycanlıları və diaspor təşkilatları haqqında zəruri məlumatları özündə əks etdirən Veb-portalın yaradılması vacib məsələlərdən biri kimi qarşıda durur. >>>

  

Baku

World time




Xəbərlər

«Misirdə baş verənləri Azərbaycanda görməyəcəksiniz» [2012-02-05]

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında almaniyalı politoloqun sualına belə cavab verib


ətraflı

Fransanın “erməni qanunu”na etirazlar davam edir [2012-01-25]

Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov Fransa ordenindən imtina etdi


ətraflı

Soçidə qaz və Qarabağ müzakirə olundu [2012-01-23]

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracaq


ətraflı

Avropa Məhkəməsində Qarabağ davası [2012-01-09]

Laçın rayonundan olan məcburi köçkünlərin Ermənistana qarşı iddiası icraata götürülüb


ətraflı

Dağlıq Qarabağ problemi 25-ci ilinə qədəm qoydu [2012-01-04]

“Bizi ən çox narahat edən Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ancaq bu məsələnin həlli təkcə bizdən asılı deyil”


ətraflı

Bayram bayrama qovuşanda [2011-12-30]

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək!


ətraflı

"Birləşmiş Ştatların Ermənistana qeyri-təbii sevgisi var" [2011-12-10]

Prezidenti Administrasiyasının rəsmisi Hillari Klintonun tənqidinə cavab verib


ətraflı

QHT Şurası 2012-ci il üçün ilk maliyyə yardımı müsabiqəsini elan edib [2011-12-09]

Qrant müsabiqəsi 10 istiqamət üzrə mövzuları əhatə edir


ətraflı

Qeyri-hökumət təşkilatları böyük öndərin xatirəsini yad edib [2011-12-09]

QHT Şurası Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirib


ətraflı

Fransa Senatında Qarabağ münaqişəsi ilə bağlı “dəyirmi masa” keçirilib [2011-12-09]

Rövşən Rzayev: “Qarabağın azərbaycanlı icması iki xalqın əvvəlki kimi bir yerdə yaşamasının tərəfdarıdır”


ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009