ANA SƏHİFƏ | LAYİHƏ HAQQINDA | SAYT HAQQINDA | EFFEKTİV TƏŞƏBBÜSLƏR MƏRKƏZİ | TƏDBİRLƏR | LINKLƏR | ƏLAQƏ

-AZ -RU -EN
Axtarış


Əlaqə

(99412) 497 74 31
(99412) 497 74 32

 

 

 



Saytımıza xoş gəldiniz!

Bizim təqvim

Tarixdə bu gün: Azərbaycan

“Bizim təqvim” rubrikası altında təqdim olunan “Tarixdə bu gün: Azərbaycan” bölməsi elektron xronoqraf formatında nəzərdə tutulub.

Bölmədə Azərbaycan tarixinin, ictimai-siyasi, mədəni həyatın önəmli hadisələri, şəxsiyyətlər haqqında yığcam bilgilər təqvimin günləri üzrə təqdim olunur.

Effektiv Təşəbbüslər Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimi hazırlayaraq nəşr etmişdir.

Təqdim olunan bölmədə "Azərbaycan tarixi günbəgün" kitab-təqvimin yenilənmiş elektron variantı yer alır.

Beləliklə, “Tarixdə bu gün: Azərbaycan” xronoqrafında 8 fevral  hansı fakt və olaylarla yadda qalıb? >>>  

Yaddaş

20 Yanvar - hüzn və qürur günümüz

Xalqımız bu gün şəhid övladlarına matəm saxlamaqla bərabər, onların şəhidlik zirvəsinə baxıb başını dik tutmalıdır

"Qanlı Yanvar"ın 20-ci ildönümü tamam oldu. 20 il öncə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqı qırmızı imperiyanın "Qızıl ordusu"nun, sovet hərb maşınının zoruna məruz qalmış, günahsız insanlar gülləbaran edilmiş, milli heysiyyatımız tankların tırtılları altına atılmışdı.

SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" kod adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "Alfa" və SSRİ DTK-nın "A" təxribat qrupları oynamışdı.

Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.

20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq (Qarabağ) uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. >>>

Tarix

Qarabağı itirməyə başladığımız gün

1991-ci ilin 26 dekabrında sonuncu azərbaycanlılar Dağlıq Qarabağın inzibati mərkəzi olan Xankəndi şəhərindən deportasiya olunmuşdu

Başa vurduğumuz 2009-cu il bir çox olaylarla yadda qalıb və bunun hesabını da hərə özünə görə aparır. Bütövlükdə ölkəmizi götürdükdə, bu il tariximiz üçün mühüm bir zaman kəsiyinin sonu kimi qiymətləndirilir. Bu il Azərbaycanda keçid dövrünün başa çatdığı elan olunub.

Əlbəttə, istər başa çatdığı elan edilən dövrün, istərsə də qarşıda bizi gözləyən mərhələnin xüsusları barədə yetərincə mübahisə etmək olar.

Amma bunu kənara qoyaraq bir faktı etiraf etməliyik: Azərbaycan bu dövrü Qarabağ üzərində konstitusion nəzarətini və suveren haqlarını təmin edə bilmədən başa vurur, yeni mərhələyə də beləcə daxil oluruq. >>>

Qarabağ

Sülh prosesi: sonu görünməyən sürəc

1994-cü ildən bu yana Azərbaycan və Ermənistan rəhbərləri arasında 50-dən çox gorüş keçirilib

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi (ATƏM) çərçivəsində başlamışdır.

ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 24 mart 1992-ci il tarixli əlavə iclasında Minskdə ATƏM-in himayəsi altında münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair konfrans çağırılması qərara alındı.

Ümumiyyətlə, münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının 822 (30 aprel 1993-cü il), 853 (29 iyul 1993-cü il), 874 (14 oktyabr 1993-cü il) və 884 (11 noyabr 1993-cü il) saylı qətnamələrinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənədləri və qərarlarına əsaslanır. >>>

Azərbaycan dünyada

Xarici siyasət: təsir edən amillər və prioritetlər

Azərbaycan Respublikasının xarici siyasət prioritetləri aşağıdakılardır:

Azərbaycanın ərazi bütövlüyünün bərpası – Dağlıq Qarabağ münaqişəsinin nizamlanması xarici siyasətin bir nömrəli prioriteti hesab olunur.

Beynəlxalq sülh və sabitliyin təşviqiAzərbaycan beynəlxalq terrorizm və kütləvi qırğın silahlarının yayılmasına qarşı fəal beynəlxalq əməkdaşlığa cəlb olunub.

Səmərəli çoxtərəfli beynəlxalq münasibətlər sisteminin təşviqi – Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində BMT-nin rolunun vacibliyini qəbul edir.

Qarşılıqlı faydalı ikitərəfli əlaqələrin inkişafı – Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşuları ilə qarşılıqlı faydalı dostluq münasibətləri qurub.

Avropa və Avratlantik strukturlara inteqrasiya – Azərbaycan Avropa və Avratlantik birliyin dəyərlərini bölüşür, Avropada təhlükəsizlik və sabitliyə töhfə verir.

Davamlı inkişaf və Avropanın enerji-nəqliyyat dəhlizinin genişləndirilməsi - Azərbaycanın enerji istehsalçısı və vacib tranzit ölkəsi kimi regionda və beynəlxalq arenada imkanları getdikcə artır. >>> 

 

Tolerantlıq

Azərbaycanda 190 il öncə ilk alman məskəni salınıb

Göygöl (keçmiş Helenendorf) şəhərində keçirilən yubiley tədbirində Almaniyadan böyük nümayəndə heyəti iştirak edib

Azərbaycanda alman icmasının ilk yaşayış məskəni olmuş Helenendorf – indiki Göygöl – şəhərinin 190 illiyi münasibətilə avqustun 13-də bayram tədbiri -   “Şəhər günü” keçirilmişdir.

1819-cu ildə Vürttemberq Krallığından Azərbaycana gəlmiş alman icması Gəncə yaxınlığında ilk koloniyanın – Helenendorf qəsəbəsinin əsasını qoymuşdur. Helenendorf 1916-cı ildə Heleneno (Yeleneno), 1938-ci ildə isə Xanlar adlandırılıb və eyniadlı rayonun mərkəzi olub. 2008-ci ildə Milli Məclisin qərarı ilə şəhərə Göygöl adı verilib.

Göygöl (Helenendorf) şəhərinin yaranmasının ildönümü ilə bağlı “Şəhər günü” tədbirləri 2005-ci ildən bu bölgədən millət vəkili, Effektiv Təşəbbüslər Mərkəzinin həmtəsisçisi Rövşən Rzayevin təşəbbüsü ilə qeyd olunur>>> 

Vətəndaş cəmiyyəti

“Xalqımızın milli-mənəvi zənginliyinin dünyaya layiqincə təqdim olunması Azərbaycanın təbliğinə xidmət edir”

“Effektiv Təşəbbüslər Mərkəzi” demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyinin direktoru Xanlar Məmmədovun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəşri olan “Vətəndaş Cəmiyyəti” jurnalına müsahibəsi

“Effektiv Təşəbbüslər Mərkəzi” (ETM) demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyinin məqsədi Azərbaycanın inkişaf etmiş, demokratik dünya birliyinə inteqrasiyasına, Azərbaycan həqiqətlərinin dünyada təbliğinə töhfə verməkdən ibarətdir.

Təşkilatımız bu məqsədlə Azərbaycanın tarix və mədəniyyətinin, ölkəmizdəki milli zənginlik və tolerantlıq mühitinin, azərbaycançılıq fəlsəfəsinin dünyaya çatdırılması və təbliği işində iştirak etməyə çalışır. >>>   

Milli ideya

Azərbaycançılıq - bizi birləşdirən dəyər

Azərbaycançılıq vahid və bölünməz vətən, birlik və həmrəylik, dünyanı tanımaq və dünyaya öz milli «mən»inlə tanınmaq deməkdir

Dünyaya bir müsəlman dövləti olaraq ilk cümhuriyyəti, demokratik respublikanı vermiş Azərbaycan və azərbaycanlılar üçün bu gün «biz dünyada haradayıq» sualına cavab axtarmaq vacib və zəruridir.

Bu gün bütün dünyada qloballaşma prosesi gedir. Belə bir vəziyyətdə Azərbaycanın qarşısında duran mühüm məqsədlərdən biri qlobal inteqrasiya prosesində qabaqcıl dövlətlərlə ayaqlaşmaq və bu zaman Azərbaycan xalqının milli «Mən»ini, milli zənginliyini dünyaya layiqincə təqdim etmək, milli-mənəvi dəyərlərimizin mütərəqqi dünya dəyərlərilə üzvi sintezinə nail olmaqdır. >>>

  

Baku

World time




 "Azərbaycan tarixi günbəgün"
  kitab-təqvimi təqdim edirik

             
Yüklə

 

 

 

Xəbərlər

İlham Əliyev: “Bizim münaqişənin dinc həllinə böyük ümidimiz var” [2010-02-08]

“Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə aparacaq heç bir mexanizmi qəbul etməyəcək”

ətraflı

Azərbaycanın Qarabağ həqiqətləri “Euronews”da [2010-02-04]
Telekanal “Dağlıq Qarabağ: Azərbaycandakı qaçqınlar düşərgəsində” adlı reportaj yayımlayıb

ətraflı

Milli Ensiklopediya hələ “A” hərfindədir [2010-02-04]
Prezidentin 2004-cü ildə imzaladığı sərəncama görə, ensiklopediyanın nəşri 2008-ci ildə başa çatmalı idi

ətraflı

Azərbaycan adları ilə erməni saytları [2010-02-04]
Erməni təxribat maşınının internetdə Azərbaycana qarşı virtual savaşı davam edir

ətraflı

İslam Konfransı Təşkilatı Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edib [2010-02-01]
Qətnamənin qəbulunda İKT ölkələri parlamentlərinin 100-dək deputatı iştirak edib

ətraflı

İşgalçı ordunun “ad günü” [2010-01-29]
Prezident Sarkisyan “Ermənistan Ordusu Günü” münasibətilə iddialı bəyanatlarla çıxış edib

ətraflı

“Nabucco” ilə bağlı xeyli sual hələ də cavabsız qalır” [2010-01-29]
Ilham Əliyev: “Bizə qaneedici qiymət və ciddi mövqe təklif olunsa, layihə reallaşa bilər”

ətraflı

QHT Şurası 2009-cu ilin yekunlarına dair hesabat verib [2010-01-28]
Azay Quliyev: “Ötən il maliyyə vəsaiti almış bəzi təşkilatların fəaliyyəti bizi qane etmir”

ətraflı

ABŞ Dağlıq Qarabağ adlı qurumu tanımır [2010-01-28]
Dövlət Departamenti Azərbaycanın etiraz notasına cavab verib

ətraflı

Soçi danışıqlarından sonra müəmmalı sükut [2010-01-27]
Bakı və Yerevan susur, Rusiya mənbələri isə Dağlıq Qarabağın danışıqlara qoşulacağını bildirir
 

ətraflı

Digər xəbərlər

Site by Premium AD, 2009