“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
10 Dekabr 2019
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

XƏBƏRLƏR

24-02-2018 [ 15:58 ]

26 fevraldan 26 il ötür...

A+ | A-

Erməni silahlı dəstələrinin zərbaycanın Xocalı şəhərində törətdiyi dəhşətli soyqırımının, hər şeydən öncə, dəhşətli statistikası var...

⇔ ⇔ ⇔ 

1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törətdiyi dəhşətli soyqırımından 26 il ötür. Bu qətliamın, hər şeydən öncə, dəhşətli statistikası var.

Xocalıda 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca xüsusi vəhşiliklə qətlə yetirilib. Şəhərin 1275 sakini erməni əsirliyinin dəhşətini yaşayıb. Qırğın nəticəsində 130 uşaq yetim qalıb, 8 ailənin bütün üzvləri öldürülüb.

Xocalı soyqırımı erməni şovinist dairələrinin öz havadarlarının dəstəyi ilə XX-XIX əsrlərdə azərbaycanlılara qarşı mərhələ-mərhələ həyata keçirdikləri kütləvi qətllər, terror və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. XX əsrin son onilliyində, dünyanın gözü qarşısında baş verən bu faciə eyni zamanda bəşəriyyətin vicdanına yazılan, insanlıq və ləyaqət lövhəsinə vurulan qara ləkə oldu. Xocalı faciəsi II Dünya müharibəsində faşistlərin Çexiyanın Lidise, Belarusun Xatın, Fransanın Oradur kəndlərində törətdiyi qətliamlarla, 1995-ci ildə Bosniyanın Srebrenisa şəhərində dinc sakinlərə qarşı həyata keçirilən qırğınla, dünyanın digər yerlərində baş verən bənzər faciələrlə bir sırada dayanır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, Qarabağ həqiqətlərinin, Xocalı soyqırımı ilə bağlı gerçəklərin dünyaya çatdırılması üçün beynəlxalq təşkilatların tribunalarından, müxtəlif təbliğat vasitələrindən geniş şəkildə istifadə olunmalıdır.

Ötən müddətdə bu istiqamətində çox işlər görülüb, müxtəlif dillərdə kitablar, elektron nəşrlər, saytlar hazırlanıb, filmlər çəkilib, xarici ölkələrdə konfranslar, forumlar keçirilib. Heydər Əliyev Fondu tərəfindən tarixi gerçəklərin beynəlxalq aləmə çatdırılması istiqamətində görülən işlər xüsusi qeyd olunmalıdır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünyanın onlarla ölkəsində tədbirlər keçirilib, nəşrlər yayılıb, sərgilər təşkil olunub. Faciənin 26-cı ildönümündə də bu qəbildən tədbirlər davam etdirilir.

Lakin bu haqda nə qədər deyilsə də, yazılsa da, azdır. Çünki bu acının miqyası sonsuz, yaddaşımızda yeri silinməzdir...

 

baxılıb: 1658 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR