“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
05 Dekabr 2019
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en
/

Layihə haqqında

Ensiklopedik xronoqraf

A+ | A-

"Mədəniyyət gündəliyi” - ensiklopedik elektron xronoqraf" layihəsi Effektiv Təşəbbüslər Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 2012-ci ildə həyata keçirilib.

Layihə təşkilatımızın QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə 2009-cu ildən həyata keçirdiyi "www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsinin növbəti mərhələsidir. 

Layihədə qoyulan problemin təsviri

Azərbaycan xalqının zəngin mədəniyyəti var. Bu zənginliyin dünyaya layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin təbliğinə, beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Müasir dünyadakı qloballaşma prosesində qabaqcıl yer tutmaq istəyən ölkə özünün iqtisadi, siyasi gücü ilə yanaşı, həm də tarixi irsi, mədəniyyəti, incəsənəti ilə tanınmalıdır.

Prezident İlham Əliyev 2011-ci il aprelin 26-da Milli Elmlər Akademiyasında çıxış edərkən bununla bağlı demişdir: “Bizi tarixən millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, mədəniyyətimiz, ədəbiyyatımız olub. Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənəti o qədər zəngindir ki, başqa tərəflərdən bizim milli sərvətimizi özünküləşdirmək üçün cəhdlər göstərirlər. Biz öz mədəni irsimizi qorumalıyıq. Bunun üçün təbliğat işləri daha da güclü olmalıdır”.

Bu istiqamətdə dövlət tərəfindən mühüm işlər görülür, eyni zamanda, qeyri-hökumət təşkilatlarının da üzərinə böyük məsuliyyət düşür. Təqdirəlayiq haldır ki, 2008-ci ildən fəaliyyət göstərən QHT-lərə Dövlət Dəstəyi Şurası bu məsələyə xüsusi diqqət ayırır, mədəni irsimizin təbliği ilə bağlı layihələrə, mədəniyyət sahəsində təşəbbüslərə maliyyə yardımı göstərir.

Bununla yanaşı, bu sahədə görüləsi işlər çoxdur. Özəlliklə müasir informasiya-kommunikasiya dövründə bu işləri internet məkanında, elektron resurslar vasitəsilə daha effektli şəkildə görmək mümkündür. Təsadüfi deyil ki, ölkə prezidenti öz çıxışlarında bu fikri daima nəzərə çatdırır: “Biz öz təbliğat işimizi daha da səmərəli qurmalıyıq. Bu işləri informasiya-kommunikasiya texnologiyaları, internet vasitəsilə daha fəal şəkildə görmək lazımdır. Biz gərək bu fəaliyyəti birgə aparaq”.

Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, dünyada inteqrasiya, o cümlədən mədəni inteqrasiya birtərəfli deyil, qarşılıqlı prosesdir. Biz öz mədəniyyətimizi, incəsənət, ədəbiyyat xadimlərimizi tanıtmaqla yanaşı, dünya mədəniyyətinin dəyərli nümumələrini, görkəmli sənətkarları, ədibləri də yaxından tanımalıyıq. Bu, son illər Azərbaycanın aparıcı rol oynadığı mədəniyyətlərarası dialoq prosesinə, mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə, mədəni mübadiləyə əlavə zəmin yaratmış olar.

Təqdim olunan layihə də bu fəaliyyətə töhfə vermək məqsədi daşıyır.

Ensiklopedik xronoqraf iki bölümdən - Azərbaycan və dünya – ibarət olmaqla, əlamətdar mədəniyyət hadisələri, ədəbiyyat, incəsənət xadimləri ilə bağlı tarixi-avtobioqrafik məlumatları yığcam şəkildə əks etdirəcək. “Mədəniyyət gündəliyi” ensiklopedik xronoqrafında mətnlər təqvimin günləri üzrə (1 yanvar-31 dekabr) veriləcək və  müvafiq foto-illüstrativ materiallarla müşayiət olunacaq.

Layihə təşkilatımızın 2008-ci ildən QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə: tədqiqat və təbliğat platformu” layihəsinin növbəti mərhələsi olaraq nəzərdə tutulur.

Azərbaycanın tarix və mədəniyyəti ilə bağlı informasiya resurslarının hazırlanmasını ehtiva edən çoxmərhələli layihə çərçivəsində 2008-ci ildə www.azerbaycanli.org veb-saytı (Azərbaycan versiyası) yaradılıb, “Azərbaycan tarixi günbəgün” kitabı hazırlanıb və nəşr edilib, 2009-cu ildə www.azerbaycanli.org saytında yeni informasiya resursları (o cümlədən rus və ingilis dillərində) yaradılıb. 2010-cu ildə “Qarabağ tarixinin salnaməsi” elektron xronoqrafı, 2011-ci ildə “Qarabağ ədəbiyyatı” ensiklopedik xronoqrafı  hazırlanıb.

Yeni layihə təşkilatımızın indiyədək gördüyü işlərə və bu sahədə qazandığı təcrübəyə müvafiq olaraq tərtib edilib.

 

Layihənin məqsədi: Azərbaycan və dünya mədəniyyəti, incəsənət və ədəbiyyat xadimləri, bu sahədə baş vermiş əlamətdar hadisələr barədə tarixi və avtobioqrafik məlumatları əks etdirən, müvafiq foto-illüstrativ materaillarla müşayiət olunan “Mədəniyyət gündəliyi” ensiklopedik xronoqrafın (elektron təqvim-toplu) hazırlanması.

Bununla Azərbaycan mədəniyyətinin tədqiq və təbliğinə, eləcə də dünya mədəniyyəti simalarının, incəsənət nümunələrinin Azərbaycan dilində tanıdılması işinə, mədəniyyətlərarası dialoqa praktik töhfə vermək.

 

Layihədən faydalananlar

Layihədən həm ölkəmizdə, həm də xaricdə Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı, tarixi-mədəni irsi, şair və yazıçıları, mütəfəkkirləri barədə məlumatlar almaq istəyən, mədəniyyətimizin dünyada təbliğinə töhfə vermək istəyən, eləcə də dünya mədəniyyəti barədə Azərbaycan dilində yığcam, ensiklopedik məlumatlar almaq istəyən hər kəs faydalana bilər:

 

Gözlənilən nəticələr

Layihənin icrasından əldə ediləcək nəticələri belə sıralamaq olar:

  • Azərbaycanda ilk dəfə olaraq zəngin milli mədəniyətimiz və dünya mədəniyyəti ilə bağlı tarixi və avtobioqrafik məlumatları əks etdirən ensiklopedik xronoqraf (təqvim-toplu) hazırlanacaq.
  • Ensiklopedik xronoqrafda Azərbaycan və dünya mədəniyyəti, incəsənəti, ədəbiyyat xadimləri, tarixi-mədəni irs və sənət nümunələri haqqında məlumatlar yığcam şəkildə, təqvimin günləri üzrə oxuculara təqdim olunacaq.
  •  “Mədəniyyət gündəliyi” ensiklopedik xronoqrafı elektron resurs olaraq  (www.azerbaycanli.org saytında) internet məkanda Azərbaycanın mədəni irsi, ədəbiyyatı, incəsənəti, bu sahədə tanınan şəxsiyyətləri, eləcə də dünya mədəniyyətinin görkəmli simaları barədə tarix-avtobioqrafik məlumatlar almaq istəyən hər kəsin faydalana biləcəyi mənbə olacaq.
  • Ensiklopedik xronoqraf Azərbaycan mədəniyyətinin tədqiq və təbliğinə, eləcə də dünya mədəniyyəti simalarının, incəsənət nümunələrinin Azərbaycan dilində tanıdılması işinə, mədəniyyətlərarası dialoqa praktik töhfə verəcək.
  • “Mədəniyyət gündəliyi” ensiklopedik xronoqrafı Azərbaycanın dünyaya inteqrasiyasına töhfə vermək, tarix və mədəniyyətimizin tədqiq və təbliğ etmək məqsədilə yaradılmış (QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə) www.azerbaycanli.org saytının zənginləşməsinə, əhatə dairəsinin artmasına vəsilə olacaq və bu da öz növbəsində internetdə “Virtual Azərbaycan” məkanının genişlənməsinə xidmət edəcək.
  •  Layihənin kütləvi informasiya vasitələrində işıqlandırılması bu mövzuda maarifləndirmə işinə əlavə zəmin olacaq.

 

Layihə rəhbəri: Vüqar Orxan (Əliyev)  

vuqar@azerbaycanli.org; vuqar-orxan@mail.ru

 

baxılıb: 3555 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR