“Fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
azerbaycanli.org
Milli eyniyyətdən qlobal dünyaya pəncərə
12 Dekabr 2019
[ 22:25 ] Mədəni müxtəliflik dövlətin milli zəngi ... ...
az | ru | en

Qarabağ xanlığı

XVIII əsr

A+ | A-

6 aprel 1717 - Görkəmli şair, Qarabağ xanının vəziri Molla Pənah Vaqif (1717-1797) Qazax mahalının Qıraq Salahlı kəndində anadan olub. Molla Pənah Vaqif uzun illər Qarabağ xanı İbrahim xanın vəziri olub. Yaradıcılığı Azərbaycan poeziyası tarixində mühüm mərhələlərdən biridir.

 

12 iyul 1724 - Osmanlı imperiyası ilə Rusiya arasında İstanbul müqaviləsi bağlanıb. Sənəddə Rusiya ilə Səfəvi dövləti arasında 1723-cü il Peterburq müqaviləsinin şərtləri təsdiq edilib. Peterburq müqaviləsinə əsasən, Səfəvilər Dərbənddən Ənzəliyədək Xəzəryanı bölgələri Rusiyaya güzəştə getmişdi.

İstanbul müqaviləsi ilə Osmanlı dövləti də bu bölgünü qəbul edib. Müqaviləyə görə, Rusiya Şimali Azərbaycanın Osmanlının nəzarətinə verilməsinə razılaşıb, Şirvan Osmanlının himayəsində müstəqil xanlıq statusu alıb.

 

16 yanvar 1732 - Səfəvi dövləti ilə Osmanlı imperatorluqları arasında Qafqaza nəzarət uğrunda növbəti müharibənin yekunu olaraq Kirmanşah sülh müqaviləsi bağlanıb. Müqavilənin şərtlərinə əsasən, Azərbaycanın Araz çayından şimaldakı torpaqları - İrəvan, Naxçıvan, Gəncə, Qarabağ, Şamaxı və Şirvan bölgələri Osmanlı imperatorluğunun, Kirmanşah, Ərdəbil və Təbriz bölgələri isə Səfəvi dövlətinin nəzarətinə keçib.

 

21 mart 1747 - Təbrizdə və Ərdəbildə III Sam Mirzənin başçılığı altında Nadir şah əleyhinə üsyan başlanıb. Nadir sonuncu Səfəvi hökmdarı III şah Abbasın ordu komandanı olmuş, 1736-cı ildə onun ölümündən sonra Suqovuşanda (Sabirabad rayonu) Azərbaycan bəylərinin qurultayını çağıraraq özünü şah elan etmişdi. 

Səfəvi dövlətinin (Abbasilər sülaləsi) süqutundan sonra İran taxtına sahib olan Nadir şah Əfşar türk soylu idi. O, Səfəvilərdən sonra güclü Azərbaycan dövləti qurmaq istəyirdi. Lakin onun Azərbaycan torpaqlarını İran dövləti tərkibində, İran taxt-tacı ətrafında birləşdirmək siyasəti yerlərdə etiraz doğururdu. 1738-ci, 1741-1744-cü illərdə Şirvandan Təbrizədək müxtəlif bölgələrində Nadir şah əleyhinə üsyanlar olmuşdu.

 

19 iyun 1747 - Nadir şah Əfşar (1688-1747) sui-qəsd nəticəsində öldürülüb. Nadir şahın Orta Asiyanın bir hissəsini, Hindistanın şimalını ələ keçirərək qurduğu böyük imperatorluq onun ölümündən sonra dağıldı.

 

22 mart 1752 - Gürcü çarları - Kartli hakimi Teymuraz və onun oğlu, Kaxeti hakimi II İrakli Şəki xanlığına qarşı ittifaq qurmaq üçün Qarabağ, Naxçıvan, İrəvan və Gəncə xanlarını, Borçalı və Qazax sultanlarını Qızılqaya görüşünə (Gəncə yaxınlığında) dəvət edərək sonradan onları əsir götürüblər. Bu hadisə tarixə "Qızılqaya xəyanəti" adı ilə düşüb. Azərbaycan xanlarını əsirlikdən Şəki hakimi Hacı Çələbi xan xilas edib. O, gürcü qoşunları məğlub edərək Qazax və Borçalını Şəki xanlığına birləşdirib.

 

15 avqust 1784 - Görkəmli şair, Azərbaycanın realist və satirik poeziyasının banilərindən biri Qasım bəy Zakir (1784-1857) Şuşada anadan olub.

 

4 iyul 1797 - Qarabağ xanlığının mərkəzi Şuşada sui-qəsd nəticəsində İran şahı Ağa Məhəmməd Qacar öldürülüb. Bundan bir qədər öncə Şuşanı işğal edən Qacar şah saraydaxili qəsdin qurbanı olmuşdu. Türk əsilli olan Ağa Məhəmməd Qacar İran taxt-tacı uğrunda uzun çəkişmələrdən sonra 1794-cü ildə hakimiyyətə gəlmişdi. Onun ölümündən sonra İran qoşunları Qarabağ xanlığını tərk etdilər. İran taxtına isə Qacarlar sülaləsindən Fətəli şah çıxdı. Qacarların İranda hakimiyyəti 1925-ci ilədək davam etdi.

 

baxılıb: 3141 dəfə

FOTO

    Siz bu yazıya rəy bildirə bilərsiniz.

    "rəy bildir" düyməsini tıklamadan öncə
    şəkildəki işarələri daxil edin

    DİGƏR XƏBƏRLƏR